Futbol üzrə Azərbaycan millisinin üzvü Riçard Almeyda Qazaxıstanla oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. Almeyda Slovakiyaya qarşı keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur matçında (2:1) sarı vərəqə görüb. O, cari mövsümdə ikinci xəbərdarlığını alıb.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı 25 sentyabr saat 20:00-da baş tutacaq.