"Birinci hissədə yaxşı oynayıb, ikinci hissədə öz səhvlərimizdən qollar buraxdıq". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Xəyal Nəcəfov Azərbaycan - Belarus (0:2) yoxlama matçından sonra fleş-müsahibədə deyib. 21 yaşlı vinger təlim-məşq toplanışının yaxşı keçdiyini bildirib:

"Milli komanda ilə toplanışım yaxşı keçdi. Oyuna yaxşı hazırlaşmşdıq. Öz səhvlərimiz ucbatından qapımızda top gördük. İlk dəfə A milliyə dəvət aldım. Hamı mənə köməklik göstərdi. Baş məşqçi də start heyətdə mənə şans verdi". 

Baş məşqçi Fernandu Santuşun 90 dəqiqə etimad göstərdiyi gənc futbolçu növbəti sınaqların uğurlu nəticələnəyinə inamlıdır: 

"Gələn oyunlara daha yaxşı hazırlaşıb, qələbə qazanacağıq".