Basketbol üzrə 2025-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma atılıb.

Offsideplus.az xəbər verir ki, final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupu: Serbiya, Latviya, Çexiya, Türkiyə Estoniya, Portuqaliya

B qrupu: Almaniya, Litva, Çernoqoriya, Finlandiya, Böyük Britaniya, İsveç

C qrupu: İspaniya, Yunanıstan, İtaliya, Gürcüstan, Bosniya və Herseqovina, Kipr

D qrupu: Fransa, Sloveniya, Polşa, İsrail, Belçika, İslandiya 

Qrup oyunları avqustun 27-dən sentyabrın 5-dək Latviya, Finlandiya, Kipr və Polşada keçiriləcək. Pley-offa vəsiqə qazanacaq komandalar Latviyanın paytaxtı Riqaya toplaşacaqlar və 6-14 sentyabr aralığında Avropa çempionu titulu uğrunda həlledici qarşılaşmaları çıxacaqlar.