Braziliya Futbol Federasiyasının milli komandanın sükanı arxasına Karlo Ançelottini gətirmək istəməsi barədə xəbər vermişdik.
Offsideplus.az "Relevo"ya istinadən xəbər verir ki, qurum italyan mütəxəssislə əlaqəyə keçib və təklif göndərib. Braziliyalılar 65 yaşlı çalışdırıcının DÇ-2026-da komandanın baş məşqçisi olmasını istəyir.
Lakin "Papa Karlo" "sambaçılar"a "yox" cavabı verib və federasiyanın təklifinə iyun ayında keçiriləcək Klublararası Dünya Çempionatından sonra cavab verəcəyini bildirib. Ançelottinin "Real Madrid" klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. "Kral klubu"nda 2025-ci ilin yayından etibarən yeni baş məşqçinin "Bayer"i çalışdıran Xabi Alonsonun olması gözlənilir.
Son iddialara görə, Braziliya milli komandasında baş məşqçi postuna yeni namizəd Jorje Jesusdur.
Qeyd edək ki, Braziliya yığmasını hazırda Dorival Junior çalışdırır. Komanda DÇ-2026-nın seçmə mərhələsi üzrə son turda Argentina kollektivi tərəfindən 4:1 hesabla darmadağın edilib.