"Beşiktaş" "Qalatasaray"la Türkiyə Super Liqası oyununa əcnəbi hakim gətirəcək. 

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Serdar Adalı klubun dünyaca məşhur hakimin "Tüpraş stadionu"nda oyunu izləyəcəyini açıqlayıb. Karyerasını bitirmiş bu hakim oyundan sonra epizodları klubun yutub kanalında şərh edəcək. 

Xatırladaq ki, görüş türkiyəli hakimlər briqadasına tapşırılıb və baş hakim Yasin Kol olacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu 29 mart Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.