19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması (U-19) bu gün Avropa çempionatının əsas seçmə mərhələsində ikinci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Xorvatiyada təşkil olunan təsnifat matçlarında İlqar Aslanovun yetirmələri yerli futzalçılara qarşı mübarizə aparıblar. 

Oyuna xorvatlar qolla başlasalar da, milli komandamız Fariz Hüseynov və Ədalət Ələkbərovun fərqlənməsi sayəsində fasiləyə üstün yollanıb.

Ancaq ikinci hissə həmyerlilərimizin istəyinə uyğun keçməyib. Əvvəlcə yığmamızın kapitanı, qapıçı Hüseyn Abdulov qırmızı vərəqə ilə cəzalandırılıb. Hesabı bərabərləşdirən Xorvatiya yığması sona 13 saniyə qalmış hesabda 3-cü topu qapımızdan eçiriblər.

Buna baxmayaraq, yığmamız təslim olmayıb və final fitinə cəmi 1 saniyə qalmış Ədalət Ələkbərov hesabı bərabərləşdirib - 3:3.

Birinci turda Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzan milli komandamız Avropa çempionatına çıxmaq üçün nəzəri şansını saxlayır. Qrup qalibi olmaqdan ötrü U-19 martın 29-da Türkiyəni böyük hesabla məğlub etməlidir. Xorvatiya - Bosniya və Herseqovina matçı isə heç-heçə nəticələnməlidir. 

Xorvatiya - Azərbaycan (1:2) 3:3

27 mart. Omiş. Ribnjak İdman Sarayı. Saat 22:00

Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)

Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 // Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59

Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02

Xorvatiya: 12. Leon Tomiç (q), 6. Sven Kuliç, 7. Şimun İvo Barişiç (k), 10. Leon Ferençek, 14. Petar Şarçeviç, 1. Marin Juriç (q), 3. Tomislav Miliç, 4. Nikola Matiç, 5. Dino Paçko, 8. İvano Peruşko, 9. Pino Reçiç, 11. İvan Posaveç

Baş məşqçi: Duje Maretiç

 Azərbaycan: 1. Hüseyn Abdulov (q, k), 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə, 12. Əli Həsənzadə (q), 10. Nazim Hüseynov, 2. Elgün Sadıqlı, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev

Baş məşqçi: İlqar Aslanov

Turnir cədvəli:

1. Türkiyə 4 xal

2. Bosniya və Herseqovina 3 xal

3. Xorvatiya 2 xal

4. Azərbaycan 1 xal