"Tottenhem" klubu yeni baş məşqçi axtarışındadır.
Offsideplus.az "Athletic" nəşrinə istinadən xəbər verir ki, Ange Postekoqlunun cari mövsüm London təmsilçisindəki gələcəyi sual altındadır. Yunan mütəxəssislə yolların ayrılacağı təqdirdə "mahmızlar" Andoni İrolanı komandanın sükanı arxasına gətirmək istəyir. Bundan əlavə, Marko Silva və Tomas Frank da baş məşqçi postuna namizədlər arasındadır.
Qeyd edək ki, "Tottenhem" 29 turdan sonra İngiltərə Premyer Liqasında 34 xalla 14-cü pillədədir. Komanda Avropa Liqasının 1/4 finalında "Anderlext"lə qarşılaşacaq.