3 aydır yaşıl meydanlardan uzaq qalan Bukayo Saka "Arsenal"la məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, ingiltərəli vinger komanda məşqlərində iştirak edib. 23 yaşlı futbolçunun "Fulhem"lə oyuna qədər hazır olması gözlənilir. Bundan əlavə, ÇL-nin 1/4 finalında iştirak ehtimalı da yüksəkdir.
Qeyd edək ki, "topçular" aprelin 1-də "Fulhem"lə, aprelin 5-də "Everton"la, aprelin 8-də isə Çempionlar Liqasında "Real Madrid"lə üz-üzə gələcəklər.