Azərbaycan milli komandasının məşqçi və futbolçuları Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı uşaq evində yaşayan uşaqlarla görüşüb.
Offsideplus.az xəbər verir ki, görüş AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin əməkdaşlığı çərçivəsində gerçəkləşib.
Məqsəd uşaqların sosial inkişafına dəstək vermək və onlara idmanın əhəmiyyətini çatdırmaq olub. Məşqçilər və futbolçular uşaqlarla birlikdə vaxt keçirərək, onlara futbol barəsində məlumat verib, idmanın faydaları haqqında söhbət aparıblar. Uşaqlara idmanla məşğul olmağı və sağlam həyat tərzini mənimsəməyi tövsiyə ediblər.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev da iştirak edib.
Tədbirin sonunda uşaqlara AFFA tərəfindən bayram hədiyyələri verilib. Öz növbəsində 3 saylı uşaq evinin rəhbərliyi adından xatirə hədiyyəsi Sərxan Hacıyevə təqdim olunub.