Yoldaşlıq oyunu çərçivəsində Azərbaycan - Haiti (0:3) matçından sonra qonaqların futbolçusu Leverton Pyer mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qələbəni belə şərh edib:
"Həftə ərzində çox işləmişdik. Müdafiədə yaxşı çıxış etdik. Qapımıza qol vurulmasına imkan vermədik. Qələbə üçün çox sevincliyəm".
L.Pyer Azərbaycan milli komandasına qarşı oyunda çətinlik çəkdikləri epizodlar barədə danışıb:
"Komandanın bəzi yüksək keyfiyyətləri var. Biz intensiv oyuna diqqət verdik. Deyəcəyim xüsusi mənfi cəhət yoxdur. Sadəcə uğursuz günlərində idilər. Sol cinahları yaxşı idi. Düşünürəm ki, gələcəkdə daha yaxşı ola bilər".