"Bayern"in heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, Münhen klubunun oyunçusu Alfonso Devis Kanada millisinin forması ilə ABŞ-a qarşı oyunda zədələnib.

11-ci dəqiqədə ayaq biləyindən zədə alan oyunçu qarşılaşmaya davam edə bilmədiyi üçün əvəzlənib.

Qeyd edək ki, görüş Kanadanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.