"Real"ın gənc futbolçusu Endrik 2026-cı ildə keçiriləcək Dünya çempionatında iştirak etməməkdən çox qorxur.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı braziliyalı hücumçu bunu tez-tez düşündüyünü açıqlayıb:
“Düzünü desəm, 2026-cı ildə keçiriləcək Dünya çempionatında iştirak etməməkdən qorxuram. Bu, tez-tez ağlımdan keçir".
O, 6-cı çempionluğa kömək etmək stədiyini bildirib:
"Narahatam, çünki Dünya Kubokunda olmaq mənim arzumdur. Bu barədə danışmaq belə çətindir. Mən gedib Braziliyaya 6-cı çempionluğu qazanmağa kömək etmək istəyirəm".