"Roma"nın futbolçusu Paulo Dibala əzələ zədəsinə görə bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Offsideplus.az xəbər verir ki, Argentina millisinin üzvü 5-6 aydan sonra zədəsini bərpa edə biləcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Dibala zədələnənə qədər cari mövsümdə 36 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "canavarlar" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.