Serbiyalı tennisçi Novak Cokoviç karyerasında daha bir rekorda imza atı.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı idmançı "Masters" turnirlərində 411-ci qələbəsini qazanıb. O, tarixi göstəricini Mayami Open yarışının 1/16 final mərhələsində Uqo Karabellini (Argentina) məğlub etməklə rəsmiləşdirib - 6:1, 7:6.

Bununla da, Cokoviç keçmiş rəqiblərindən biri, artıq karyerasını başa vurmuş əfsanəvi Rafael Nadalın rekordunu qırıb. İspaniyalı tennisçi "Masters" yarışlarında 410 dəfə qalib gəlib.

N.Cokoviçin martın 26-da 1/8 finaldakı rəqibi italiyalı Lorenzo Musetti olacaq.