Növbəti mövsüm üçün transfer axtarışlarını davam etdirən "Fənərbağça" İsveçrəyə üz tutub.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" hazırda icarə əsasında "Yanq Boys"un formasını geyinən Alan Virciniusu komandaya cəlb etməyi planlaşdırır. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Joze Mourinyonun sözügedən oyunçunu çox bəyəndiyi və heyətə qatmaqda israrlı olduğu qeyd edilib.
Xatırladaq ki, İsveçrə klubu tərəfindən mövsümün əvvəlində "Lill"dən icarəyə götürülən Alan 2024/25 mövsümündə 34 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb. 22 yaşlı fransız UEFA Çempionlar Liqasının Təsnifat mərhələsində "Qalatasaray"ın qapısına da 1 qol vurmağı bacarmışdı.