Azərbaycan milli komandasının futbolçusu Emil Mustafayev şərəfini qoruduğu Ukraynanın "Çernomorets" klubunda yeni məşqçilər korpusu ilə çalışacaq.

Offsideplus.az xəbər ki, Odessa klubunu bundan sonra Oleksandr Kuçer çalışdıracaq. O, baş məşqçi postunda Oleksandr Babiçi əvəzləyib. 

Yeni çalışdırıcının qarşısına Ukrayna Premyer Liqasında yerini qorumaq vəzifəsi qoyulub. 

Komanda hazırda 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Emil Mustafayev bu ilin qışında "Polissya" klubundan "Çernomorets"ə icarəyə verilib. O, yeni komandasında 3 matçda forma geyinib. Azərbaycan yığmasında isə 23 yaşlı yarımmüdafiəçi 5 dəfə meydançaya çıxıb.