19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə qatılan 18 oyunçudan 6-nı komandadan kənarlaşdırıb.

Martın 16-dan bu günə qədər keçirilən təlim-məşq toplanışı nəticəsində Xorvatiyaya aparılacaq 12 futzalçı müəyyənləşib

Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə

Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı

Onu da əlavə edək ki, 7-ci qrupda yer alan U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Bütün oyunlar Xorvatiyada keçiriləcək. Qrup mərhələsini birinci pillədə başa vuracaq komanda Avropa çempionatında iştirak hüququna yiyələnəcək.