"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanda klubunu dəyişib.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı qolkiper "Panserrakios"dan 4 qat Yunanıstan çempionu PAOK klubuna transfer edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
PAOK hazırda Yunanıstan Super Liqasında 46 xalla 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Luka 2022-24-cü illərdə Ağdam təmsilçisində forma geyinib.