İtaliyanın "Yuventus" klubunun prezidenti Con Elkan idman direktoru Kristiano Cuntolidən narazıdır.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı biznesmen onun işinə son verməyi düşünür. O, baş məşqçi kimi Tiaqo Mottanın seçilməyindən, komandanın Çempionlar Liqasında erkən mübarizəni dayandırmağından, gənc istedadların satılmağından, ötən yay 170 milyon avro xərclənməyindən və qışda transfer edilən oyunçularında razı qalmayıb. 

Buna görə də Cuntolinin işinə son veriləcəyi gözlənilir.

Əlavə edək ki, "qoca sinyora" ötən gün Tiaqo Motta ilə yollarını ayırıb onu yerinə İqor Tüdoru gətirmişdi.