Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası (U-19) Qəbələdə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələri Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəliblər.
Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamızın heyətində yeganə qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.
Bu komandalar arasında martın 19-da gerçəkləşən birinci oyun qolsuz bərabərliklə nəticələnmişdi.