Azərbaycannın müxtəlif yaş qruplarından ibarət futbol üzrə milli komandalarının baş məşqçiləri məlum olub.
Offsideplus.az xəbər verir ki, təyinatlar AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında rəsmiləşib.
İclasda qurumun baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə yığmaların baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib.
Daha sonra İcraiyyə Komitəsinin üzvləri qərar çıxarıblar.
21 yaşlılardan ibarət yığma Ayxan Abbasova həvalə olunub. Hazırda "Şamaxı" klubunu da çalışdıran A.Abbasovla 2 illik müqavilə bağlanacaq.
Bundan başqa, digər təyinatlar da gerçəkləşib:
Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)
Bu məşqlçilərlə müqavilənin müddəti 2025-ci ilin sonunadək nəzərdə tutulub.