Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi cavab oyunu üçün hakimlər təyin edilib.
Offsideplus.az xəbər verir ki, oktyabrın 29-da Vizela şəhərində baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Şona Şukrula olacaq, ona Martina Bur və Eşli de Haan kömək edəcək. Culia van Es dördüncü hakim kimi çıxış edəcək, VAR sistemində isə Yohem Kampxheys və Edvin van de Qraf yer alacaq.