21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı yoxlama oyununda 3:0 hesablı qələbə qazanıblar.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Eyyubov  matçdan sonra AFFA-nın mətbuat xidmətinə matçla bağlı fikirlərini bildirib:

“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir.

Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.