Fransa millisində Kilian Mbappe haqqında gözlənilməz qərar verilib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu UEFA Millətlər Liqasında İsrail və İtaliyaya qarşı keçiriləcək oyunların heyətinə daxil edilməyib.
Fransa yığmasının baş məşqçisi Didye Deşam Mbappenin matçlarda iştirak etmək istədiyini, lakin özünün belə addım atdığını açıqlayıb:
"Onunla bir neçə dəfə danışdım. Kilian gəlmək istəyirdi. Düşündüm və belə daha yaxşı olacağına qərar verdim. Bu sadəcə iki matç üçün seçimdir. Fikrimin sizin üçün yetərli olmadığını anlayıram, ancaq şərhlərə yol açacaq mübahisələrə girməyəcəm".