Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 6-cı turun oyunları start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

C Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan yığması Qazaxıstanı qəbul edib. Matç millimizin 3:0 hesablı qələbəsiylə başa çatıb. Qrupun digər görüşündə Slovakiya ilə Belarus heç-heçəyə razılaşıb. Qazaxıstan artıq liderliyini təmin edib və B Liqasına vəsiqə qazanıb.

C Liqasının 1-ci qrupunda Türkiyə səfərdə Farer adalarına uduzub.

A Liqasının 1-ci qrupunda Xorvatiya Avstriyanın, Fransa Danimarkanın qonağı olub. Səfərdə Avstriyanı məğlub edən xorvatlar qrupu lider tamamlayıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur

25 sentyabr

A Liqası
1-ci qrup

Avstriya - Xorvatiya - 1:3
Qollar: K.Baumqartner, 9 - L.Modriç, 6, M.Livaha, 69, D.Lovren, 72

Danimarka - Fransa - 2:0
Qollar: K.Dolberq, 34, Skov Olsen, 39

Xal durumu: Xorvatiya - 13, Danimarka- 12, Fransa - 5, Avstriya - 4

4-cü qrup

Niderland - Belçika - 1:0
Qol: V.Van Dayk, 74

Uels - Polşa - 0:1
Qol: K.Sviderski, 58

Xal durumu: Niderland - 16, Belçika - 10, Polşa - 7, Uels - 1

C Liqası
1-ci qrup

Farer adaları - Türkiyə - 2:1
Qollar: V.Davidsen, 53, J.Edmundsson, 59 - S.Gürler, 89

Lüksemburq - Litva - 1:0
Qol: Q.Rodriqes, 88

Xal durumu: Türkiyə - 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

Slovakiya - Belarus - 1:1
Qollar: A.Zrelak, 65 - İ.Barak, 45

Azərbaycan - Qazaxıstan - 3:0
Qollar: Maroçkin, 66 (avtoqol), Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 10, Slovakiya - 7, Belarus - 3

D Liqası

Andorra - Latviya - 1:1
Qollar: A.Rosas, 88 - V.Qutkovskis, 50

Moldova - Lixtenşteyn - 2:0
Qollar: V.Stina, 90+2, 90+4

Xal durumu: Latviya - 13, Moldova - 13, Andorra - 7, Lixtenşteyn - 0