"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne cari mövsümün sonunda komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" belçikalı yarımmüdafiəçinin yerinə Florian Virtsi transfer etməyi planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Virtsin transfer Mançester klubuna asan başa gəlməyəcək. "Bavariya" da onunla yaxından maraqlanır.

MS almaniyalı futbolçu üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.