Belarus İdman Həmrəyliyi Fondu (BFSS) Azərbaycan, Slovakiya və Qazaxıstandan ölkənin əsas millisi ilə UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmələrini tələb edib.
Offsideplus.az xəbər verir ki, adıçəkilən fond bu çağırışı Belarus rəhbərliyinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək verməsinə görə edib.
Qeyd edək ki, Azərbaycan millisi Belarusla iyunun 6-da səfərdə, iyunun 13-də isə evdə üz-üzə gəlməlidir. C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan da yer alıb.