"Real" klubu İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" "Real Sosyedad"ın futbolçusuna görə 60 milyon avro ödəməyə hazırdır. Bu barədə "Cope" məlumat yayıb.
Artıq hər şey 26 yaşlı oyunçunun qərarından asılıdır.
Subimendi ilə "Arsenal" da yaxından maraqlanır.
Onun bu yay "Real Sosyedad"dan ayrılacağı dəqiqdir.