Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycanın kişi və qadın təmsilçiləri bu gün qısa proqramda çıxış ediblər. Vladimir Litvintsev kişilər arasında 83,10 xalla 13-cü yerdə qərarlaşıb və növbəti mərhələyə vəsiqəni təmin edib. Kişilərin yarışında ilk pilləni 110,41 xalla ABŞ-li konkisürən İlia Malenin tutub. 

Nərgiz Süleymanova isə qadınların yarışında qısa proqramını 50,97 xalla başa vurub. Fiqurlu konkisürənimiz bu nəticə ilə 25-ci olub və mübarizəni erkən dayandırıb. 74,58 xal toplayan Birləşmiş Ştatların təmsilçisi Alisa Lyu qadınlar arasında qısa proqramın ən yaxşısı olub.