Azərbaycanlı dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarındakı iştirakını yekunlaşdırıb.

Offsideplus.az xəbər verir ki, o, ilk enişində 92-ci sırada başlayıb və məsafəni 1:01:81 saniyəyə qət edib.

İkinci enişində isə 59-cu sırada mübarizəyə qoşulan 18 yaşlı xizəkçi, bu cəhdini 1:07:34 saniyəlik nəticə ilə tamamlayıb.

İki cəhdin cəmində 2:09:15 saniyəlik göstərici qeydə alınıb.

Bu nəticə ilə Anastasiya Papatoma 64 iştirakçı arasında Olimpiadanı 51-ci pillədə başa vurub. BU göstərici Azərbaycanın Qış Olimpiya Oyunları tarixində slalom yarışları üzrə əldə etdiyi ən yaxşı nəticə kimi qeydə alınıb.