"El Klassiko" öncəsi "Real" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında "Borussiya" (Dortmund) ilə matçda Rodriqo zədələnib. Vingerin sağ bud sümüyündə əzələsi xəsarət alıb. Braziliyalı 15-20 gün yaşıl meydanlardan uzaq qalacaq.
Rodriqo La Liqanın növbəti turunda "Barselona" ilə oyunda meydana çıxa bilməyəcək.



