Kərim Adeyemi rəsmən “Barselona”nın futbolçusu olub.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu cinah hücumçusunun Dortmund “Borussiya”sından transferini elan edib. Adeyemi 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Daha əvvəl “Barsa”nın Adeyemi üçün 22+7 milyon avro ödəyəcəyi bildirilirdi.
Bundesliqanın ötən mövsümündə Adeyemi 28 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.


