Konfrans Liqasında ölkəmizi təmsil edən iki klubdan biri - “Zirə” bu gün “Payde”nin qonağı olacaq. 

“Payde” Estoniyanın eynoadlı şəhərini təmsil edir. Bu ölkənin iqlimi də Bakıdan tamamilə fərqlidir. 

Offsideplus.az-ın Paydedəki nyus-meykeri hazırda az miqdarda yağıntının olduğunu, həmçinin gün çıxdığını da bildirir.

Lakin hava proqnozuna inansaq, axşam belə olmayacaq. Hava 13-14 dərəcəyə qədər düşəcək, yağış güclənəcək. Bu isə “Zirə”yə çətinlik yaradacaq. Düzdür, şərait hər iki komanda üçün keçərlidir, lakin belə şəraitə rəqib komanda daha çox uyğunlaşıb.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.