Fransa Futbol Federasiyası (FFF) milli komandada yeni məşqçi təyinatı ilə bağlı rəsmi bəyanat yayıb.
Offsideplus.az xəbər verir ki, qurum Didye Deşamın istefasından sonra yığmanın sükanı arxasına keçəcək yeni baş məşqçinin adının 28 iyulda ictimaiyyətə açıqlanacağını duyurub.
Fransa mətbuatında yayılan xəbərlərə görə, vakant post üçün ən əsas namizəd "Real Madrid"in sabiq çalışdırıcısı Zinədin Zidan hesab olunur. Mütəxəssisin artıq federasiya rəhbərliyi ilə ilkin razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, 2012-ci ildən Fransa milli komandasını çalışdıran Didye Deşam bu müddət ərzində komanda ilə 2018-ci ildə Dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.


