"Qarabağ" bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda ÇSKA-nı (Sofiya) qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşması 1 həftə sonra oynanılacaq.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

20:00 "Qarabağ" - ÇSKA

Tofiq Bəhramov adına Respublika stadionu