"Mançester Yunayted" "Real Madrid"in yarımmüdafiəçisi Oreliyen Çuameni üçün fəal addımlar atmağa başlayıb.
Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, xalis dayaq yarımmüdafiəçisi axtarışında olan “qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün "kral klubu"na rəsmi sorğu ünvanlayıb.
“Real Madrid"in baş məşqçisi Joze Mourinyo fransalı oyunçunu komandada görmək istəsə də, rəhbərlik sərfəli təklif olacağı təqdirdə onu satmağa hazırdır. "Ağ-qaralar"ın Çuamenini gözdən çıxarmasına səbəb "Mançester Siti"nin ulduzu Rodrini transfer etmək planıdır.
Rəhbərlik sərfəli təklif olacağı təqdirdə onu satmağa yaşıl işıq yandırıb.
Qeyd edək ki, 4 il əvvəl 80+20 milyon avro qarşılığında "kral klubu"na keçən fransalı futbolçunun madridlilərlə 2028-ci ilə qədər müqaviləsi var.


