MLS-də dünya çempionatına görə yaranan fasilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" növbəti matçını keçirib.

Onlar evində "Nyu York Siti"ni qəbul edib. 

N. Axundzadə görüşə əsas heyətdə başlayıb və 83 dəqiqə meydanda qalıb.

Qarşılaşma isə onun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Kolambus Kryu" növbəti oyununa iyulun 26-da çıxacaq.