MLS-də növbəti matçlar keçirilib.
Offsideplus.az xəbər verir ki, liderlərdən olan "Inter Mayami" səfərdə "Çikaqo Fayr"ın qonağı olub.
Dünya çempionatının finalından sonra istirahət verilən Lionel Messi və Rodriqo De Paulun yoxluğunda "İnter Mayami" 3:2 hesablı qələbə qazanıb.
Luis Suares görüşdə dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb.
Qarşılaşma həm də Robert Levandovskinin MLS-dəki debütü ilə əlamətdar olub. "Barselona"dan "Çikaqo Fayr"a transfer olunan 37 yaşlı polşalı hücumçu matça əsas heyətdə başlayıb və 63 dəqiqə meydanda qalıb.


