"Zirə" bu gün UEFA Konfrans Liqasında növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, "qartallar" 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Zirə" Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyir. Cavab oyunu bir həftə sonra baş tutacaq.
UEFA Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
20:00 "Payde" - "Zirə"
"Rannastaadion"


