“Zirə” bu gün Konfrans Liqasınln 2-ci təsnifat mərhələsində növbəti oyuna çıxır. Rəqib isə Estoniyanın “Payde” komandasıdır.
Təcrübəli mütəxəssis Şahin Diniyev bu oyun haqda gözləntilərini Offsideplus.az-la bölüşüb:
“Payde” “Zirə”nin dişinə uyğun rəqibdir. Düşünmürəm ki, “Torpedo”dan daha güclüdür. Estoniyada klub futbolu “o deyil”. Estoniya çempionatının səviyyəsi də yüksək deyil. Milli komandalarındakı futbolçuların çoxu legioner həyatı yaşayanlardır. Amma bura KL-dir. Burda zəif rəqib yoxdur. Rəqibə ciddi yanaşmaq lazımdır. Ələ düşən hər fürsətdən istifadə etmək lazımdır”.
Qeyd edək ki, görüş bu axşam 20:00-da start götürəcək.


