"Barselona" yayda mərkəz hücumçusu transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, katalon klubunun hədəfində olan forvardlardan biri də Rasmus Hoylundur.
Bu barədə "Barca Universal" məlumat yayıb.
Klubun rəhbərliyi danimarkalı futbolçunu bəyənir.
Hoylun hazırda icarə əsasında "Napoli"də çıxış edir. O, müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur.
O, cari mövsüm 37 oyunda 14 qol vurmağı bacarıb.


