"Şəki" pley-in mərhələsində "Quba"nı mübarizə kənarlaşdıraraq pley-offa yüksəlib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Bedri Meriç ilboyu bunun üçün çalışdıqlarını bildirib:

"Rəqibimizi pley-indəki mübarizəyə görə təbrik edirik. Mövsümün əvvəlindən hədəfimiz pley-off idi və biz ilboyu buna hazırlaşmışdıq. Çempionat öncəsi 45 gün başqa şəhərdə məşq keçdik, mövsüm ərzində problemlərlə üzləşdik və bəxtsiz şəkildə uduzduğumuz oyunlar oldu. A qrupunda sərt rəqiblərlə oynasaq da, məqsəd və xarakterimizdən vaz keçmədik.

Bu gün bu xarakterlə mübarizə aparan oyunçularımla qürur duyuram. "Şəki" növbəti mövsümdə də Yüksək Liqada mübarizə aparacaq. Ən böyük xoşbəxtliyim odur ki, ötən mövsümkü uğurumuz müvəqqəti olmadı və davamlılıq göstərib komandanı yuxarıda saxladıq. Dəstək olan bütün heyətimizə xüsusi təşəkkür edirəm”.

Qeyd edək ki, "Şəki" hər iki oyunda rəqibini məğlub edərək bu uğura imza atıb.