"Real"ın vingeri Vinisius Junior klubla müqaviləni yeniləmək ehtimalı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bunları söyləyib:
"Ümid edirəm ki, uzun müddət "Real Madrid"də qala biləcəm. Müqaviləmin bitməsinə hələ bir il var, amma mən çox arxayınam. Prezident Florentino Peres mənə inanır. Doğru zaman gələndə müqaviləni yeniləyəcəm və burada uzun illər qalacam, çünki bura mənim xəyallarımın klubudur".
Futbolçunun klubla hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədərdir. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun transfer dəyəri 150 milyon avro təşkil edir.
Vinisius cari mövsüm "Real"ın heyətində bütün turnirlərdə 44 matça çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.


