"Sabah" basketbol klubu ilə Qazaxıstan "Astana" kollektivi arasında ikinci yoxlama oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, ilk oyunda məğlub olan "bayquşlar" bu dəfə rəqibini məğlub etməyi bacarıb.
Bakı İdman Sarayında baş tutan qarşılaşma təmsilçimizin 94:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk oyun 102:110 hesabı ilə başa çatmışdı.


