"Çelsi" heyətini yeni istedadla gücləndirib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi "Strasburq"un 21 yaşlı argentinalı ulduzu Valentin Barkonu transfer etmək üzrədir.
Müxtəlif mövqelərində çıxış edə bilən universal futbolçu ilə uzunmüddətli sözləşmə razılaşdırılıb:
Müddət: 5 mövsümlük müqavilə.
"Çelsi" bu transferdə Avropa nəhəngi "Bayern Münhen"i qabaqlamağı bacarıb. Barko cari mövsümdə Fransada məhz Roseniorun rəhbərliyi altında nümayiş etdirdiyi möhtəşəm oyunla bir çox klubun diqqətini çəkmişdi. Gənc istedadın yeni komandasında necə performans sərgiləyəcəyi azarkeşlər tərəfindən maraqla gözlənilir.


