"Real Madrid"lə bağlı yayılan iddialara Yürgen Kloppdan diqqətçəkən açıqlama gəlib.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis gələcəyi ilə bağlı fikrini tam dəqiqliklə ifadə etməsə də, ehtimalları tam istisna etməyib.
Klopp bildirib ki, hazırda qərarını dəyişməyi gözləmir, lakin gələcəkdə nə olacağını dəqiq demək çətindir:
“Fikrimi dəyişəcəyimi gözləmirəm, amma buna tam əmin də deyiləm. Hazırda bir ev tikirik. Həyat yoldaşım böyük kubok otağı istəyirdi, mən isə mövcud kuboklar üçün kiçik bir otağın kifayət etdiyini dedim. Bu iddialı səslənə bilər, amma bir komandanı çalışdıra biləcəyimi bilirəm”.
Bu açıqlama futbol ictimaiyyətində Kloppun gələcək karyerası və mümkün "Real Madrid" macərası ilə bağlı müzakirələri daha da alovlandırıb.


