Bu gün Konfrans Liqasının püşkü atılacaq.

Offsideplus.az xəbər verir ki, tədbirdən öncə UEFA cütləri və klubları qruplara bölüb.

“Zirə”nin “Osiyek”lə təşkil etdiyi cütün qalibi “Omoniya” – “Fehervar” duelinin güclüsü ilə qarşılaşacaq. Bakılılar pley-offa çıxsa, ilk görüşü səfərdə keçirəcək.

“Sabah”ın “Sent Patriks”lə duelinin qalibi “Saburtalo” – “Başakşəhər” cütünün güclüsü ilə üz-üzə gələcək. Təmsilçimiz İrlandiya klubunu keçsə, pley-offa evdə başlayacaq.

Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 22-də, cavab görüşləri 29-da baş tutacaq.