"Neftçi" klubu UEFA Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Türkiyənin "Beşiktaş" klubuna 1:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Adrian Mutu matçla bağlı fikirlərini bölüşüb:
"Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən daha yaxşı idi. İkinci yarıda biz daha yaxşı oynadıq, onlardan daha yaxşı idik, rəqibin qapısı ağzıdan çox qol epizodu yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci qolu da vurmuş olardıq. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etmiş olduq. Hamı gördü ki, Ervin Koffinin səhvi oldu. Yeni qayıdıb zədədən. Məşqçi olaraq işim onları daha yaxşı duruma gətirib çıxarmaqdır".