"Qarabağ" klubu sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Fransanın "Marsel" komandasıyla qarşılaşacaq.

 Offsideplus.az xəbər verir ki, ilk oyunda 1:3 hesabı ilə məğlub olan təmsilçimiz bu görüşdə 3 top fərqiylə qalib gələrək mərhələni adlamağa çalışacaq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.