"Qarabağ"ın Konfrans Liqasının ikinci mərhələsindəki "Aşdod"la səfər qarşılaşmasının məkanı dəyişdirilib.

Offsideplus.az İsrail mətbuatına istinadla xəbər verir ki, qarşılaşma Aşdodda oynanılmayacaq. Buna səbəb eyniadlı komandanın çempionatda ev oyunlarını keçirdiyi "Yud-Alef" stadionunun UEFA-nın tələblərinə cavab verməməsidir. Belədə, port təmsilçisi ağdamlıları Aşdoddan 48 km aralıda yerləşən Petah-Tıkvada qəbul etməli olacaq. 

"HoMoşava" arenasındakı görüş iyulun 29-da baş tutacaq.